“Təlxəyin yeri saraydır, klounun yeri isə - manej. Təlxək toplum üçün lakmus kağızıdır, eybəcərliyin böyüdücü kinayə güzgüsüdür. Kloun isə sərhədsiz zarafatdır, insanın karikaturasıdır, onun əndirəbadi təcəssümüdür”.
(Aydın Talıbzadə, “Həzrət Arlekin” yazısından)
***
Mənim “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvləri ilə heç bir əlaqəm yoxdur. Konsertlərində də olmamışam. Ancaq ara-sıra televizorda, internetdə izlədiyim yumoristik çıxışlarına əsasən öz işlərində peşəkar olmalarını qeyd etməliyəm. İndi ölkə telekanalizasiyalarını bürüyən şit, bayağı hırıltı-zırıltıdan yaxşı mənada fərqlənirdilər. İndi isə onlar şikayətlənirlər. Deyirlər nazirlər, məmurlar bizi sıxışdırır. Konsertlərini efirə vermirlər. Sponsorlar yaxın durmurlar.
Əlbəttə, icazəli gülüşün axırı belə də olmalı idi. Sənətkara çərçivə qoydunsa, onu fiziki məhv eləsən daha yaxşıdır. İndi “KVN”-çi yoldaşların da, necə deyərlər, “divar qurtaran” günüdür. Bütün ölkənin başına açılan repressiya, təzyiqlər indi onların da başına gəlmişdir. İroniya üçün təbrik də eləyə bilərdim, ancaq yazığım gəldiyi üçün etmirəm. Örnək üçün, onlardan biri - İmanov qardaşlarından hansısa polisdə işləyir. Həmişə müxalifətin repressiyasında iştirak edirdi, əzilənlərə lağ edirdi. İndi özü əzilir.
Yeni bir şey deyil. Klassik insan haqları ədəbiyyatlarında bunun gözəl bir ədəbi örnəyi də var. Alman şairi, keşişi Martin Niemöller yazmışdır. Martin bəy Hitler Almaniyasında 8 ilə yaxın ölüm düşərgəsində saxlanmışdır. Niemöller-in “Onlar gələndə” adlı məşhur şeirini “Bakılı oğlanlar”a çatdırmağı xahiş edirəm:
“Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim.
Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim.
Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim.
Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim.
Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı".
Uzun sözün qısası, elnən gələn dərd toy-bayramdır, qədeşlər də elimizə qoşulub oynaqlasınlar, dombalaq aşsınlar. Bir çayda iki dəfə çimmək olmaz, vaxtilə sizə hansısa rəhbər xoş baxıbsa, o demək deyil həmişə xoş baxacaqlar. Camaatı blokda ağzından vurub öldürürlər, tənqidçilərin çoxu zindanda əzab çəkir, siz hələ hansısa nazirin tamaşasını qayırmaq istəyirsiniz. Özünüzə gəlin, yoldaşlar, realist olun. Sakitcə başınızı aşağı salıb yuyucu toz reklamında-zadda girələnin. Tamadalıq edin. Toy “tutun”. Səsi olanlar oxusun, olmayanlar oynasın. Hamı necə, siz də elə. Göydən zənbillə düşməmisiniz.
Müsahibədə oxudum, iki-üç ay qabaq bəzilərinizə “əməkdar artist” adı da verilibmiş. Gör nə qədər qayğıkeş dövlətimiz var! Əsas ad, medal-filan deyilmi? Tamaşanı neynirsiniz? Nazirlərə gülmək istəyirmişlər... Ay sizi xətakarlar... Nazirlər özü sizə gülərlər, yeri gəlsə. Bir məşhur məsəldə deyilən kimi: axırda gülən haqlıdır. Siz isə əvvəldə güldünüz, bəsinizdir. Sakit durun.
Üstəlik, Azərbaycanda dövlət qulluqçuları elə özləri “KVN” qayırır. Srağagün vergilər nazirinin birinci müavini Natiq Əmirov (insanın vəzifəsi soyadına necə uyğun gələrmiş!) içkilərin kartla satılacağı qaydasını görün necə şərh edir: “Hələ spirtli içkidən heç kim xeyir görməyib. Bu gün bəzi müqəddəs yerlərin də ətrafında spirtli içki satılır”. Bu adam karikatur deyil, nədir? Elə danışır sanki şeyxülislamdır. Normal dövlətdə beləsinə küçə süpürmək həvalə edilməz, bizdə isə nazir müavinidir.
Yaxud MTN-də mətbuat katibi vardı - Arif müəllim. Bir dəfə də jurnalistlər ondan bir cümlə faydalı xəbər ala bilməyib. Ancaq indi MTN-in yerində düzəldilən Dövlət Təhlükəsizlik Xidmətində də mətbuat katibi qoyulub, bu münasibətlə intervülər verir. Sən bundan nə tamaşa qoyacaqsan? İntervüsünü götür, qabağına “Parni iz Baku” yapışdır, ver getsin.
17.12.2015, 06:36
300 baxış
Zamin Hacı
Kədərlənmiş hazırcavablar