Jurnalistlər də özlərini elə aparsınlar ki, hələ də xəbərləri yoxdur.
Rəsmi dövlət qəzetinin baş redaktoru “Nə üçün işdən çıxarılan, həbs edilən məmurlardan, nazirlərdən yazmırsınız” sualına çox gülməli cavab verib: “Bu cür məsələləri araşdırmaq bizim qəzetçilik prinsiplərimizə ziddir”.
Əcəb işdir. Bəs dünənə qədər prezidenti dəstəklədiyinizi deyirdiniz? Nə üçün quldurların aşkara çıxarılmasında ona yardım əlinizi uzatmırsınız? Qəzeti ancaq nazirin qaynanası öləndə başqa nazirlərdən pulla başsağlığı almaq yeri kimi görən adamdan nə gözləyəsən...
İnsafən bir də Amerikanı, Fransanı tənqid edirlər. Bizim ölkədə dəbdir. Burda olanda Fransanı söyürsən, Fransaya gedəndə isə “müsyö, sizin ayağınıza dəyən daş mənim başıma dəysin” söyləyirsən. Burda Amerikanı dünyanın ən alçaq rejimi kimi tənqid edirsən, amma Amerika prezidentini küçənin o tayında görəndə yaşıl işıq-zad demədən özünü avtomobillərin altına atırsan ki, təki Obamanın müqəddəs pencəyinin qolundakı düyməyə azca toxunasan. İkiüzlülük Şərqdə həmişə həyatda qalmağın əsas prinsipi olmuşdur.
Bir qaranlıq deputat isə dedi ki, indi ortaya çıxan məmur cinayətləri yenilikdir. Guya cəmiyyət bunlardan xəbərsizmiş. Guya hakimiyyət bunu qabaqcadan bilsə, tədbir görərmiş.
Rəhmətliyin oğlu, başqalarını demirəm, tək elə Çovdarov haqda eposlar yazılmışdı, sənin gözün kor idimi, oxumurdunmu? Lap hesab edək düz deyirsən, cinayətlərin bu cür miqyası heç kimə məlum olmayıb. O halda bunun özü dövləti cinayət deyilmi?
Axı dövlət idarəçiliyində vəzifə səlahiyyətlərini aşma bir cinayətdirsə, səhlənkarlıq başqa cinayətdir. İstəyirsinizsə maddəsinin nömrəsini xatırladım, buyurun: Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddə 314. Səhlənkarlıq. Açması da belədir: “Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda”. Cəzası da var hətta - pul cərimələrindən başlanıb 5 il həbs cəzasına qədər davam edir.
MTN və Rabitə Nazirliyində baş verənlərə görə səhlənkarlıq maddəsi kimin boynuna düşür? Buyurun, açıqlama verin. Bu boyda cinayətlər xəbəriniz olmadan baş veribsə, hara baxırdınız? Xəbəriniz ola-ola baş veribsə, niyə indi özünüzü bilməmiş kimi aparırsınız? Əlbəttə, mən quldurların haçan cəzalanmasını qurdalamaq istəmirəm, cinayətkarı haçan tutsan sərfəlidir, təki tutulsun. Ancaq bəziləri özünü sudan çıxmış ağ qaşıq kimi aparmasın. Elə danışırlar sanki təhlükəsizlik və rabitə sisteminə bu boyda oturan, metastaz verən mafiyanı AXC-Müsavat cütlüyü yaradıbmış. (Yeri gəlmişkən, burda dilləri lap qısadır, çünki MTN qanqster-generalı Akif Çovdarovu AXC-nin 1992-ci ildə işdən qovması təzəlikcə ortaya çıxdı. Bunlar gələndən sonra - 1994-95-də quldurluğa qaldığı yerdən davam edibmiş).
Ancaq hardan? Cəmiyyətə informasiya vermək yerinə media orqanlarını hədələyirlər. Lətifədir ki, adı Mətbuat Şurası olan karikatur qurum da hakimiyyətə qoşulub jurnalistləri hədələyir. Deyirlər hələ kimisə tutmamış, işdən qovmamış nə üçün onların haqqında yazırsınız? İmkan verin tutaq, sonra yazın. Belə bir “məntiq”...
Keçən ay MTN şefi Eldar müəllim vurulanda kimsə öz saytında rabitə nazirinin də vurulduğunu yazmışdı. Deyilənə görə Əli Abbasovun hələ 1 ay da kabinetindəki kreslonu basmasının sirri o yazıda olub. İşdən çıxarmayıblar ki, jurnalistin yazdığı doğru görünməsin. Sizə lətifə kimi gələ bilər, əgər yapistləri yaxından tanımırsınızsa. Orada - zəhləmgetmiş terminlə yazsam, hakimiyyət dəhlizlərində ən əsas dövlətçilik prinsipi qədeş qaydalarıdır. Kim kimi sındırdı, kim “niprav” çıxdı, kimin təsbehi daha uzundur və sairə. İndi yüz faiz yapistləri narahat edən budur. Nazirləri, generalları “sökmək” istəyirlər, amma adamların adı çıxır, məcburən gözləyirlər. Dəli şeytan deyir ki, bu dəqiqə bir çox nazirlər və generallar qəsdən özlərinin vurulması haqda xəbərlər ötürürlər. Nə biləsən... Bir ölkədə qəzetçi “araşdırma bizim prinsiplərə ziddir” deyirsə, ordan hər şey gözləmək olar.
20.11.2015, 07:57
218 baxış
Zamin Hacı
Deyir xəbərimiz olmayıb