Boş-bekar konspiroloqlarımız istəsələr rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun işdən çıxarılmasında Rusiya barmağı tapa bilərlər. Axı dünən prezident administrasiyasının rəhbəri Ramiz müəllim Moskvada, Rusiya Təhlükəsizlik Şurasının şefi Patruşevlə görüşürdü. Patruşev isə elə-belə Patruşev deyil, SSRİ-də KGB zabiti olmaqdan müstəqil Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərliyinə qədər min cür “şərəfli” yol keçmişdir.
Elə bundan az öncə MTN şefimiz Eldar Mahmudovu da ruslarla başqa tədbirdən - MDB-nin sammitindən sonra vurdular. Prezident Əliyev Mahmudovu deyəsən həmin sammitin keçirildiyi Burabay şəhərindən (Qazaxıstandadır - adı da necə simvolik səslənir son olaylar fonunda) gəlib Bakıya çatmamış, elə təyyarədəcə işdən qovdu.
Bəli, buraların bəyinin kim olması dəqiqləşməlidir, yazıqlar olsun ki, bu bəy deyəsən Rusiyadır. Özü xarici sanksiyalarla güləşən rus rejiminin cəhənnəmə yoldaşlı getmək cəhdləri bizə yaxşı heç nə vəd eləmir.
Belə baxanda ətrafımızda kürək söykəyəsi bir yönlü qonşu da yoxdur. İran günaşırı ordakı qardaşlarımıza problem çıxarır, təhqir edir. Rusiya və Ermənistan açıq düşməndir. Qalır Gürcüstan, onun da etibarı “Borjomi” suyunun qazı qədərdir. Bir az çətinə düşəndə həmişə bizə dirsək göstərirlər. Prinsipcə, özü-özünə düşmənçilik edən millətə başqaları niyə yaxşılıq etsin? Örnək üçün, Güneydə bir TV bizi təhqir edən veriliş qayırıbsa, Quzeydəki telekanalizasiyalar azərbaycanlıları hər dəqiqə təhqir edirlər. Bu cür TV-lərin olması millətə kompleks şəkildə təhqirdir. Nə deyə bilirik? 40 milyonluq, nə bilim, 50 milyonluq xalq-filan deyə demaqogiya ilə məşğuluq, ancaq bu qədər adamın 1 dənə adam arasına çıxarılası, dünya standartının suyunun suyunun suyu səviyyəsində müstəqil telekanalı yoxdur. Heç olmazsa xaricdə yaradardıq, ona da qanacağımız çatmır. Əlbəttə, əlinə bir az pul keçən “qabaqda gedən zəncirlimiz” həmin pulları Cenifer Lopesin göbəyinə taxmağı böyüklük, qanacaq, mərifət sayırdısa, başqalarından nə gözləyəsən?
Milli təhlükəsizlik naziri reketlə məşğul olurmuş, rabitə naziri isə qanunsuz dinləmələrlə. Təhlükəsizlik elə, rabitə belə - yapistlərin qurduğu, tərif vurduğu “dövlətçilik fəlsəfəsi” budurmu? Obrazlı yazsaq, təhlükəli və rabitəsiz bir dövlətdə yaşayırıq.
Əlbəttə, bunlar “ipdə qalan danalardır”, qırılıb qaçanlar da əməli-saleh sayılmaz. Örnək üçün, nəqliyyat nazirindən daha nələr yazılmadı, daha nələr deyilmədi? Mahmudovdan, Abbasovdan bircə fərqi var ki, onu işdən çıxarmayıblar. Yağmalama, qohumların çıxarılması və sairə - hamısı eynilə tətbiq edilib. Bir el məsəlində deyilən kimi, tısbağanı ya beli üstdə çevir, ya öldür, nə fərqi var? Nəqliyyat nazirinin çanağı tərsinə qoyulub.
Yaxud, xarici işlər nazirinin idarəsində guya yaxşı mühit var? Müdafiə nazirini tərifləyirsiniz, amma bu həftə Qazaxda bir əsgərimizin kürəyinə vurulan 3 güllənin “intihar” kimi rəsmiləşdirildiyini bilirsinizmi? Hardan biləsiniz, kim yazır ki? Hamıya qadağan ediblər.
Ancaq hər halda idarələrin öz spesifikalarına uyğun tənqidi müsbət haldır. Rabitə nazirini inəklərə donuz qripi yoluxdurması ittihamı ilə də qova bilərdilər - avtoritar rejimlərdən nə desən çıxır. İndiki halda isə qanunsuz dinləmə söhbəti fırlanır. O cümlədən, milli təhlükəsizlik nazirinin dükanlara basqın etməsi bizdə milli təhlükəsizliyin elə alverə bağlı olmasından qaynaqlanır. Özü dükan boyda olan balaca dövlətin ayrı nə təhlükəsizliyi ola bilər ki? Üstəlik, piştaxtanın bir tərəfini yadelli siçovullar kəsib aparıblar.
Dünən qəzetdə “Eldar Mahmudov korrupsiyada da suçlanır” başlığı gördüm, etiraf edim ki, xeyli güldüm. Çox xoşuma gəlmişdi. Kim bilir, bəlkə də o, evdə uşaqlarını da döyürmüş? Ümid edirəm rabitə naziri haqda “Əli Abbasov nazirlikdə işləyənlərdən qanunsuz kontur alırmış” başlıqlı xəbərlər oxuyarıq.
13.11.2015, 06:46
209 baxış
Zamin Hacı
Rabitəsiz və təhlükəli