Erməni mənşəli amerikalı porno-ulduz Kim Kardaşyan Ermənistana gəlib. Xəbərin özəlliyi ondadır ki, irəvanlılar onu az qala kraliça, başlarının tacı kimi, duz-çörəklə qarşılayıblar. Uşaqdan böyüyə, qadından kişiyə, hamı onu canlı görməyə, əl verib görüşməyə, avtoqraf almağa can atır. Halbuki, xanım hansı qabiliyyəti hesabına məşhuri-cahandır, bilməyən yoxdur.
Əslində təəccüblənməli bir şey yox. Dünya binə olandan ermənilər ilk növbədə “qədim peşə”nin sirlərini dərindən mənimsəmək hesabına öz varlıqlarını qoruyub saxlayıb, böyük və hakim millətlərin qəlbinə, şah, padşah, çar saraylarına yol tapıb, fürsət düşəndə isə onlara çörək və yer vermiş xalqlara xəyanət edib, qənim kəsilib, arxadan zərbə vurublar.
Bu mənada Kim Kardaşyan müasir erməni kimliyinin və xarakterinin parlaq simvolu, brendi sayıla bilər. Odur ki, təkrar edirik, onun olduqca sıcaq qarşılanması, hətta baş nazir Ovik Abramyan tərəfindən qəbul edilməsi təbiidir, məntiqlidir, normaldır. Yəqin ki, prezident Serj Sərkisyan da Kimə eyni lütfkarlığı göstərəcək, erməni xanımlarının kumirini çox intizarda qoymayacaq...
Sadəcə, bir şey qanqaraldıcıdır ki, Kardaşyanın soyadında türk sözü var. Və bunu vaxtilə özü də açıq şəkildə etiraf edib ki, erməni soyadlarının (musiqisinin, mətbəxinin - Z.S.) mühüm bir hissəsi türk kökənlidir, yəni oğurluqdur. Di gəl, bu, türklərə qarşı kin və ədavəti davam etdirməyə, saxta soyqırım təbliğatı aparmağa ona, ermənilərə mane olmur (Elə ona görə də ermənidirlər!..)
İşğalçı ölkədə bir porno-ulduzun ali, hətta rəsmi qarşılanmasının ikinci səbəbi də budur. Sən demə, Kim Kardaşyan saxta “genosid”in dünyada tanıdılması yönündə ciddi səylər göstərirmiş. Belə çıxır, ermənilər uydurma məsələdə faktiki surətdə porno-ulduzların ümidinə qalıblar ki, Kardaşyan kimilərə bunca dəyər verir, onları başda oturdur, yüksək səviyyədə qəbul edirlər. Qısası, su-çuxur məsələsi...
*****
Belə yerdə hətta ermənilərin rusiyalı qatı lobbisti Aleksey Martınovun da dözməyib Kardaşyanın Ermənistanda təntənəli qarşılanması ilə bağlı öz facebook səhifəsində yazdığı sərt statusu necə təkrar yazmayasan. Ulduzun son “ətli-şirəli” fotolarından birini səhifəsində yerləşdirən ermənifil görün, şəklin altında hansı qeydi edib. Sitat: “Əgər ermənilər əvvəllər özlərinin marşalları və alimləri ilə, yazıçıları və rejissorları ilə, artistləri və şairləri ilə fəxr edirdilərsə, indi silikon g... ilə fəxr edirlər” (üzr istəyirik).
Görəsən niyə?
Əsas səbəbi “əzabkeş xalq”ın özündə, onun ictimai şüurunda, psixikasında xüsusən də son on illiklərdə, “Miatsum” sindromunun təsiri altında baş vermiş dərin deqradasiyalarda, maniakal dəyişikliklərdə axtarmaq lazım gəlir.
Diqqət edin, 100 ildir dünyanı uydurma “erməni soyqırımı”na inandıra bilməyən qonşu xalq Xocalıda, Azərbaycanın digər ərazilərində azərbaycanlılara qarşı gerçək soyqırım aktları törədib, etnik təmizlənmələr həyata keçirib. Amma bəşəriyyət əleyhinə olan bu cinayətlərə görə tükü belə tərpənmir, əsla vicdan əzabı çəkmir, əksinə, bu əməllərinə haqq qazandırır, işğalı “haqq işi” sayır. Ancaq özünün 100 il öncə Osmanlı dövlətinə xəyanəti nəticəsində yaşadığı haqlı ağrı-acıları isə türklərə bağışlaya bilmir.
Bağışlaya bilməyən, yalnız keçmişində ilişib qalan, keçmişi ilə yaşayan millətlər isə böyük ola bilməz, ümidləri elə Kardaşyan kimi porno-ulduzlara bağlı qalar...
