Medianews.az
Massajçı qadınları zorlayan prokuror həbs edildi
1,330 baxış

Massajçı qadınları zorlayan prokuror həbs edildi

masaj zorlama

Denford Qrant 25 həbs cəzası çəkəcək

Vaşinqtonun Kinq şəhərinin məhkəməsində ötən gün keçmiş prokuror və vəkilə qarşı hökm oxunub.
ANS PRESS-in məlumatına görə, keçmiş işçinin təcavüzkar olduğu məlum olub, o bir neçə massaj salonlarında işçi qızlara təcavüz edib. Hakimin Uilyam Douninqin qərarı ilə Denford Qrant 25 həbs cəzası çəkəcək. 49 yaşlı cinayətkar son söz olaraq peşman olduğunu bildirib və zərər çəkmişlərin ailə və özlərindən üzr istəyib.
May ayının əvvəlində Qrant özünü zorlanmanın beş bəndinə əsasən və oğurluqda günahkar olduğunu bildirib. Denford təhqirlərindən hər birinə görə beş il həbsxana həyatı keçirəcək. Denford Qrant 2012-ci ilin sentyabr ayında həbs olunub. Qrant 45 yaşlı qadının üzərinə cumaraq bıçaqla hədələyib və yaralayıb. Araşdırma zamanı daha iki epizod ortaya çıxıb, buna baxmayaraq hadisələrin dəlilləri yetərincə olmadığından onları subuta yetirmək olmayıb. Həmin iki cinayət ittihamedici materiallardan silinib. Qrant isə bildirib ki, zorlanan deyilən qadınların yarısı pul qarşılığında onunla münasibətdə olublar.
Prokuror Den Satterberq müqəssiri amansız təcavüzkar adlandırıb. O həmçinin Qrantı xarakterizə edərək başqaları üzərində əmr etməyi sevən biri kimi qələmə verib.

Bizə qoşulun