Azərbaycanda demokratiyanın boyu, bax, bu qədərdir. Parlamentin sədri əsas vəzifəsi danışmaq olan deputata “sən danışma” deyir və əlavə edir ki, hələ az danışırsan, belə olur, gör, çox danışsan, nələr olar.
Söhbət televiziya verilişində fikir bildirərkən qaçqın və köçkünlərin xoşuna gəlməyən ifadələr işlədən və buna görə hakimiyyətin rəhbər şəxsləri tərəfindən təzyiqə məruz qalan deputat Etibar Hüseynovdan və ona danışmaq qadağası qoyan spiker Oqtay Əsədovdan gedir.
Söz yox, Etibar Hüseynovun çıxışı yersiz olub. Ən azı o, ifadə seçərkən ehtiyatlı olmayıb, bəlkə də hissə qapılıb, amma buna görə deputata danışmaq qadağası qoyurlarsa, artıq o ölkədə söz və ifadə azadlığından danışmaq yersizdir.
İndi o, ümumiyyətlə, danışmayacaq, qorxacaq ki, yenə bir səhv buraxar və ya dediyi sözlər yanlış anlaşılar, yenidən danlağa, məzəmmətə məruz qalar. Ona baxaraq bir çox həmkarları da danışmayacaqlar, deyəcəklər, Etibar danışdı, xeyir tapdımı, ən yaxşısı, susmaq, fikir bildirməməkdir.
Bu cür düşünənlərin, bu haqq-hesabdan sonra “susmaq qızıldır” qənaətinə gələnlərin əlində parlaq nümunələr də var. Odur, deputat Madər Musayev 20 illik deputatlığı dövründə cəmi bir, ya iki dəfə parlamentdə danışıb, bir dəfə də hələ sovet dövründə pullu-hallı olmasına, Həcc ziyarətinə adam göndərməsinə, avtomobillərinin nömrəsinə dair müsahibə verib, ancaq hər dəfə yenidən seçilir.
İqtisadçı Nazim Məmmədov isə parlamentdə də danışırdı, hər gün qəzet və saytlara müsahibələr, açıqlamalar da verirdi, axırı nə oldu? Adamı deputatlığa namizəd belə olmağa qoymadılar.
Düzdür, deyilə bilər ki, Siyavuş Novruzovdan çox danışan yoxdur, bəs o nədən hakimiyyət dairələrində hörmətlidir.
Novruzovun hakimiyyət dairələrində nə dərəcədə hörmətli olduğunu kənara buraxaraq, yalnız onu demək olar ki, adam sözçüdür, müxalifətə dair daima aşağılayıcı ritorika ilə danışmaq onun əsas görəvidir. Bu sahəyə o baxır.
Heç bir dəfə olurmu ki, Novruzov ədalətli, ciddi, obyektiv bir söz desin? Olmur. Onun bir müstəqil fikir bildirməsi də yoxdur, yalnız ali sarayda razılaşdırılmış basmaqəlib qənaətləri azca improvizə edərək danışdıqca, danışır: “Müxalifət dağılır”; “gəlmişdilər, gördük”; “bunlar beş adamı idarə edə bilməzlər”; “20 ildir eyni şeyi deyirlər”; “xalq müxalifəti dəstəkləmir” və sair və ilaxır.
Ancaq spiker heç vaxt ona “sən danışma, danışıb gərginlik yaradırsan” demir və deməz. Əksinə, Siyavuş Novruzov hətta üzrlü səbəblərdən ənənəvi bəlağəti ilə danışmasa, saray başbilənləri, o cümlədən spiker onun nəzərinə çatdırarlar ki, susmasın, vəzifəsini yerinə yetirsin.
Sözü skandala səbəb olan hər deputat susdurulsaydı, onda gərək Rusiyanın saxta liberal-demokratı Vladimir Jirinovskini Dumaya ağzı skotçlu buraxaydılar. Çünki adam hər dəfə danışanda qırğın-qiyamət düşür. Özü də onun çıxışları təkcə ölkə miqyasında yox, beynəlxalq miqyasda qalmaqallara səbəb olur. Bəs Jirinovskiyə “sən sus, danışma” demək olarmı? Mümkün deyil. Qoluna lezva çəkər, qanını Dumaya tökər.
Deputatın başlıca işi danışmaqdır. O, səhv də danışa bilər, yanlışa da yol verə bilər, əsas odur ki, susmasın, danışsın.
Qardaş Türkiyədəki deputatlara baxaq. İl on iki ay danışır, hətta dalaşırlar. PKK terror təşkilatının 30 il dağda hökumət qüvvələri ilə atışa-atışa əldə edə bilmədiklərini kürd əsilli deputatlar parlamentdə 3 ilin içində danışa-danışa əldə etdilər.
Susan deputat bostan müqəvvası qədər də faydalı deyil. Müqəvvalar heç olmasa qarqa-quzğunu qorxudur, ürküdür, deputatlar susanda isə qarğa-quzğun millətin canına daraşır.
Bir ara deputatların cari məsələlərdən danışmalarını yasaqlamaq istəyirdilər. Ancaq bir sıra deputat, xüsusilə də vaxtilə milli-azadlıq hərəkatının iştirakçıları olmuş şəxslər buna etiraz bildirdilər və millətin dərdini parlament kürsüsündən səsləndirmək hüququnu özlərində saxlaya bildilər. Onlar o vaxt sussaydılar, onsuzda notariat kontoruna oxşayan Milli Məclis lap biabırçı günə düşəcəkdi.
Uzun sözün qısası, mandatının legitim və qeyri-legitim olmasından asılı olmayaraq, Milli Məclis sədri deputata “sən danışma” deməməlidir. Heç bir deputat MM aparatının işçisi deyil.
07.04.2014, 06:05
576 baxış
Xalid Kazımlı
Bostan müqəvvası > susan deputat