ABŞ Senatı Prezident Donald Tramp tərəfindən namizəd göstərilən milyarder Cared Ayzekmanı Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri vəzifəsinə təsdiqləyib.
Oxu.az xəbər verir ki, ABŞ qanunverici orqanının yuxarı palatasında keçirilən səsvermə C-SPAN tərəfindən yayımlanıb.
67 senator Ayzekmanın lehinə, 30 nəfər isə əleyhinə səs verib. Beləliklə, onun namizədliyi təsdiqlənib.
Milyarderin tezliklə yeni NASA rəhbəri kimi and içməsi gözlənilir.