Medianews.az
Paşinyan Azərbaycanla bağlı Rusiyadan
99 baxış

Paşinyan Azərbaycanla bağlı Rusiyadan BUNU xahiş etdi

Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı həmkarlarından Arazdəyəndən Naxçıvana və Axurik kəndindən Türkiyə sərhədinə qədər olan dəmir yolu  hissəsinin "təcili" şəkildə tam bərpa edilməsini xahiş etdiyini bildirib.

Musavat.com xəbər verir ki, yaxın gələcəkdə Ermənistanın baş naziri Rusiya tərəfindən İcevan (Ermənistan) – Qazax (Azərbaycan) dəmir yolunun bərpasını tələb etməyi planlaşdırır.

“Ümid edirəm ki, rusiyalı həmkarlarım bu xahişi yerinə yetirəcək”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanın dəmir yolu infrastrukturu müqaviləni daha 10 il uzatmaq hüququ ilə 30 illik müddətə Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yollarının idarəçiliyinə verilib.

Bizə qoşulun