Medianews.az
Dəhşətli qətl: 4-cü sinif şagirdini…
91 baxış

Dəhşətli qətl: 4-cü sinif şagirdini…

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, məktəbdə baş verən hadisə nəticəsində 10 yaşlı məktəbli öldürülüb.

Məlumata görə, ötən gün səhər 15 yaşlı Timofey K. bıçaq və bibər qazı balonu ilə Moskva vilayətinin Odintsovo dairəsində, Qorki-2 qəsəbəsində yerləşən Uspenskaya orta məktəbinə gəlib.

Doqquzuncu sinif şagirdi olan yeniyetmə ekstremist məzmunlu, terroru təbliğ edən şüar yazılmış “futbolka” geyinibmiş. O, dəhlizdə dördüncü sinif şagirdlərini görüb onların milliyyətini soruşub. Daha sonra 10 yaşlı uşağı bıçaqlayaraq qətlə yetirib, mühafizəçini və daha iki nəfəri də yaralayıb.

Bildirilir ki, öldürülən uşağın anası həmin məktəbdə xadimə işləyir. Bir il əvvəl həyat yoldaşını itirdiyi üçün Kobilconu və onun əkiz qardaşını təkbaşına böyüdürmüş. Hadisəni eşidən ana dərhal məktəbə qaçıb. Orada ona oğlunun həyatını itirdiyini öyrənib.

Bizə qoşulun