Medianews.az
İyul pensiyaları <span style=color:red>ödənildi
172 baxış

İyul pensiyaları ödənildi

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşdırılıb. Medianews.az xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bizə qoşulun