13.07.2025, 11:05
133 baxış
Azad
Bu ölkədə subayların sayı artdı: dövlət hərəkətə keçir
Avropanın “ən tənha” ölkəsi bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.
“İsveç uzun qışlarına və tək yaşayan insanların sayına görə tez-tez dünyanın ən tənha ölkələrindən biri adlandırılır. Statistikaya əsasən, burada əhalinin 41 faizi tək yaşayır. Lakin bu o demək deyil ki, onlar özlərini yalnız hiss edirlər. Əslində İsveçdə tənhalıq çox vaxt şəxsi müstəqilliyin simvolu kimi qəbul edilir”, – deyə bildirilib.
Bununla belə, İsveç hökuməti tənhalıqla mübarizə planı hazırlayır:
“Bildirilir ki, bu hiss vətəndaşların sağlamlığına pis təsir edir, eləcə də ölkənin son illərdə yenidən qurduğu mülki müdafiə sistemini təhlükə altına alır”.