Medianews.az
İcra Hakimiyyəti binasının damından <span style=color:red>yıxılıb ÖLDÜ
168 baxış

İcra Hakimiyyəti binasının damından yıxılıb ÖLDÜ

Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb. Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki,  Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb. Nəticədə o, hadisə yerində həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər: "Gənc oğlan idi, dostları da yanında idi. Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib".

Bizə qoşulun