05.07.2025, 12:33
245 baxış
Lamiyə
3 qardaşı bir-birinin ardınca QƏTLƏ YETİRDİ
İzmirin Ödəmiş rayonunda dava zamanı 3 qardaş ov tüfəngi ilə vurularaq öldürülüb.
Medianews.az Lent.az-a istinadla bildirir ki, Hacıhəsən məhəlləsinin keçmiş başçısı Mətin Uçarla 52 yaşlı Şahin Dinç , 55 yaşlı Lətif Dinç və 50 yaşlı İbrahim Dinç qardaşları arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə sürətlə böyüüb. Metin Uçar yanında olan tüfənglə 3 qardaşı vurub. Silah səslərini eşidən ətrafdakı insanlar jandarm və sağlamlıq qruplarına xəbər verib. Xəbər üzərinə gələn qruplar 3 qardaşın hadisə yerində öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı araşdırma başlanarkən Metin Uçar jandarmaya təslim olub və cinayətini etiraf edib.