25.06.2025, 10:34
104 baxış
Lamiyə
Ağac uşağın üzərinə aşıb
Rusiyada güclü külək səbəbindən uşaq bağçasının uşaqları ilə gəzintiyə çıxan 6 yaşlı uşağın üzərinə ağac aşıb.
Medianews.az xəbər verir ki, hadisə dünən Kalininqradda, səhər saatlarında baş verib.
Altı yaşlı uşaq xəsarət alaraq xəstəxanaya aparılıb. Bununla belə, uşağın həyatı üçün təhlükə yoxdur. Bütün hallar aydınlaşdıqdan sonra İstintaq Komitəsi cinayət işinin başlanılıb-başlanmamasına qərar verəcək.
Medianews.az