Medianews.az
Netanyahunun yazılı mesajı <span style=color:red>AÇIQLANDI
170 baxış

Netanyahunun yazılı mesajı AÇIQLANDI

İrana qarşı müharibəyə başlamazdan bir gün öncə Qüdsdə yerləşən Ağlama divarını ziyarət etmiş İsrailin Baş naziri Benyamin Netanyahunun bu divarın daşları arasına qoyduğu kağızda nə yazdığı bəlli olub. Qeyd edək ki, İsrail iyunun 13-ü gecə başlatdığı həbi əməliyyata “Aslanın oyanışı” adını verib. Medianews.az bildirir ki, iyunun 12-də Netanyahu Ağlama divarının daşları arasına qoyduğu qeyddə bu sözləri yazıbmış: “Budur, xalq dişi aslan tək oyanır”. Medianews.az xatırladır ki, bu sözlər “Tövrat”ın “Saylar kitabı” adlanan dördüncü kitabından iqtibasdır. “Tövrat” beş kitabdan ibarətdir. “Saylar” dördüncü kitabdır. Bu kitabda İsrail xalqının Sina səhrasında dolaşması və Kənan torpağına daxil olmağa başlaması təsvir olunur. Benyamin Netanyahunun bir cümləsini iqtibas gətirdiyi hissə tam həcmdə belədir: “Budur, xalq dişi aslan tək oyanır, şir kimi qalxır, şikarını yeməyincə, ölənlərin qanını içməyincə yatmayacaq”. Ağlama divarı — Qüdsdə Məbəd dağının qərb tərəfində yerləşən qədim yəhudi məbədi divarının qalıqlarıdır. Yəhudilərin müqəddəs saydığı bu divar xristianlığın təsiriylə "Ağlama divarı" adlandırılıb. Medianews.az

Bizə qoşulun