Medianews.az
Azərbaycanda əfvetmə - <span style=color:red>Necə tətbiq olunur?
148 baxış

Azərbaycanda əfvetmə - Necə tətbiq olunur?

Azərbaycan Respublikasında əfvetmə fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur, yerli məhkəmələrin məhkum etdiyi və ya başqa dövlətlərin məhkəmələrində məhkum olunaraq cəzalarını ölkədə çəkən şəxsləri əhatə edir. Əfv Prezidentin səlahiyyətindədir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək; cəza müddətini azaltmaq; cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur. Medianews.az-ın məlumatına görə, Əfv Məsələləri Komissiyasına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev sədrlik edir. Üzvlər bu şəxslərdir: Fuad Ələsgərov, Gündüz Kərimov (Prezident Administrasiyasının şöbə müdirləri), Fərid Əhmədov (ədliyyə naziri), Vilayət Eyvazov (daxili işlər naziri), Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi), Allahşükür Paşazadə (şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri), Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Mehriban Vəliyeva (Milli Məclisin deputatları), Aynur Sofiyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini), Rəşad Məcid (Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri), Bəyimxanım Verdiyeva (“Xan Şuşinski” Fondunun rəhbəri), Aygün Mikayılova (132-134 nömrəli Təhsil Kompleksinin direktoru). Komissiyanın katibi vəzifəsini Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə İsmayılova tutur. Medianews.az

Bizə qoşulun