Medianews.az
“Avroviziya 2025”: çıxış ardıcıllığı <span style=color:red>BELƏ OLACAQ
155 baxış

“Avroviziya 2025”: çıxış ardıcıllığı BELƏ OLACAQ

İsveçrənin Bazel şəhərində keçiriləcək “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 13-nə, ikinci yarımfinalı mayın 15-nə, finalı mayın 17-nə təyin olunub. Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və İtaliya yarımfinaldan azaddır. Hər yarımfinaldan finala 10 vəsiqə var. Medianews.az xəbər verir ki, çıxış ardıcıllığı belə rəsmiləşib: Birinci yarımfinal İslandiya Polşa Sloveniya Estoniya Ukrayna İsveç Portuqaliya Norveç Belçika Azərbaycan San Marino Albaniya Niderland Xorvatiya Kipr İkinci yarımfinal Avstraliya Monteneqro İrlandiya Latviya Ermənistan Avstriya Yunanıstan Litva Malta Gürcüstan Danimarka Çexiya Lüksemburq İsrail Serbiya Finlandiya. Azərbaycanı “Mamaqama” qrupu təmsil edir. İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib. Medianews.az

Bizə qoşulun