22.04.2025, 08:19
180 baxış
Lamiyə
14 yaşlı qız tualetdə doğduğu körpəni zibil qutusuna atdı
Türkiyədə 14 yaşlı qız xəstəxana tualetində uşaq dünyaya gətirib, sonra isə onu zibil qutusuna atıb.
Medianews.az xəbər verir ki, hadisə Karaman şəhərinin Təhsil və Araşdırma Xəstəxanasında baş verib.
Hadisə təmizləyicinin zibil qutusunda körpə cəsədi tapması ilə üzə çıxıb.
Polis tərəfindən saxlanılan qızın zorakılığa məruz qalıb-qalmaması ilə bağlı araşdırmalara başlanılıb.
İlkin müayinədə körpənin doğulduqdan az sonra öldüyü müəyyən edilib.
Doğum edən qız polislər tərəfindən nəzarətə götürülüb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb.
Medianews.az