09.04.2025, 09:16
120 baxış
Lamiyə
Qadın hamamda yıxılaraq öldü
Aprelin 8-də Balakəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, 1966-cı il təvəllüdlü L.İsayeva Talalar kəndindəki evinin hamam otağında yıxılaraq ağır xəsarət alıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.