Medianews.az
Azərbaycanda toyda kütləvi dava - Polis işə qarışdı - <span style=color:red>VİDEO
133 baxış

Azərbaycanda toyda kütləvi dava - Polis işə qarışdı - VİDEO

Goranboyda toy məclisində dava düşüb. Medianews.az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə rayon mərkəzində fəaliyyət göstərən "Bahar" şadlıq sarayında baş verib. İlkin məlumata görə, insident musiqi sifarişi üstündə başlayıb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunublar. Bir neçə nəfər Goranboy Rayon Polis Şöbəsinə aparılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qurumundan dava ilə bağlı rəsmi açıqlama verilib. Qurumun baş inspektoru Eşqin Qasımovun sözlərinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedərək, müvafiq tədbirlər həyata keçiriblər: “İnsident zamanı xəsarət alan olmayıb, hazırda araşdırmalar davam etdirilir”. https://youtu.be/vux1PbiqkfQ?si=82bRv6tWjk_R4U2E

Bizə qoşulun