11.03.2025, 06:38
128 baxış
Nailə
Balakəndə 68 yaşlı kişinin asılmış meyiti tapıldı
Balakəndə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini 68 yaşlı Qallacov Mahama Şəhmir oğlu yaşadığı evin həyətində özünü asıb. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik bəlli deyil. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.