05.03.2025, 08:21
131 baxış
Lamiyə
Bakıda bu tunel hər an uça bilər - VİDEO
Bakı şəhərinin şimal girişində yerləşən və "Şamaxinka" kimi tanınan ərazidəki tunel qəzalı vəziyyətdədir.
Oxu.az xəbər verir ki, tunelin sütunlarından biri illərdir yuxarıdan axan suyun təsiri nəticəsində aşınmaya məruz qalıb.
Nəticədə bir hissəsi uçub və hazırda təhlükəli vəziyyət sürücülərə də çətinliklər yaradır.
Həmin görüntüləri təqdim edirik: