Medianews.az
Smartfonların uşaqlara <span style=color:red>mənfi TƏSİRİ
118 baxış

Smartfonların uşaqlara mənfi TƏSİRİ

"Uşaqları qacetlərdən daimi istifadədən uzaqlaşdırmaq lazımdır ki, onlarsız cansıxıcılığın öhdəsindən gəlməyi öyrənsinlər”. Medianews.az xəbər verir ki, bunu psixoloq Viktoriya Dmitriyeva deyib. O vurğulayıb ki, uşaqlar smartfonlar olmadan özlərini məşğul edə bilməlidirlər. O, bu bacarığı sonrakı həyat üçün vacib hesab edir. Əgər insan cansıxıcılığa tab gətirə bilmirsə, özünü əyləndirə bilmirsə, heç bir nəticə əldə etmədən dərs zamanı və ya gündəlik problemləri həll edərkən təslim olacaq. O, həmçinin əlavə edib ki, cansıxıcılıqla mübarizə apara bilməyən insan sürətli tükənmə səbəbindən sabit karyera qura bilməyəcək. Uzunmüddətli şəxsi münasibətlər də onun imkanlarından kənarda olacaq. Üstəlik, cansıxıcılığa dözə bilməyən insanda, məsələn, kompüter oyunları və ya yemək, asılılıq inkişaf etdirir. Medianews.az

Bizə qoşulun