21.02.2025, 08:38
230 baxış
Lamiyə
Nahar edərkən 4 metrlik kobra TAPDI
Tailandda 55 yaşlı qadın mətbəxdə 4 metrlik kral kobra tapıb.
Medianews.az xəbər verir ki, Jiravana adlı kənd sakini ilanı mətbəxtə nahar edərkən görüb.
Hadisə yerinə gələn xilasedicilər qaz sobasının altında səkkiz kiloqramlıq ilan aşkar ediblər. İlan tutulub və indi onu yenidən təbiətə buraxmaq planları var.
Meşənin yaxınlığında yaşayan Jiravana bir neçə gün əvvəl evə ilan girdiyini, lakin daha kiçik olduğunu qeyd edib.
Ehtimal olunur ki, kobra su axtarmaq üçün dağdan enib.
Kral kobra dünyanın ən böyük zəhərli ilanıdır.
Medianews.az