Medianews.az
Dünyanın ən çox maaş alan hücumçuları –<span style=color:red> SİYAHI
157 baxış

Dünyanın ən çox maaş alan hücumçuları – SİYAHI

Böyük Britaniyanın məşhur idman portalı GiveMeSport planetin ən çox maaş alan futbolçularının reytinqini təqdim edib. Lent.az-ın məlumatına görə, siyahıdakı ilk nömrə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldodur. Onun maaşı həftədə 3,231,230 funt sterlinqdir. İkinci yeri həftədə 1 milyon 607 min 211 funt sterlinq maaşla Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda oynayan fransız Kərim Benzema tutur. İlk üçlüyü İspaniyanın "Barselona" komandasının polşalı hücumçusu Robert Levandovski tamamlayır - həftədə 538,484 funt sterlinq. 4-cü yerdə norveçli hücumçu Erlinq Haaland (həftədə 525.000 funt sterlinq), fransalı Kilian Mbappe isə 5-ci yerdədir (həftədə 502.253 funt sterlinq).

Bizə qoşulun