25.01.2025, 13:04
516 baxış
Lamiyə
Axtarış-xilasetmə işləri başa çatdı - Ölənlərin sayı açıqlandı
Ötən gün Türkiyənin Konya şəhərində çökən binada axtarış-xilasetmə işləri başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, dağıntılar altından cansız bədəni çıxarılan şəxslərin sayı ikiyə çatıb. Ölənlərdən birinin 23 yaşlı qadın olduğu bildirilir.
3 nəfər isə sağ olaraq xilas edilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Şübhəlilərdən ikisi həmin binanın aşağı mərtəbəsində yerləşən obyektlərin sahibi, digərləri isə idarəçiləridir.
Paylaş: