17.01.2025, 08:25
142 baxış
Nailə
Xəstəxanaya getmişdi, qəfil dünyasını dəyişdi
Bakıda xəstəxanada qadın qəfil vəfat edib.
Medianews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib.
Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.