05.01.2025, 06:42
109 baxış
Azad
Sabunçuda avtomobil yolu keçən piyadanı vurub
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Medianews.az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Hüseyn Talıbovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.