Medianews.az
Maaşı az olanlara <span style=color:red>XOŞ XƏBƏR - FOTO
159 baxış

Maaşı az olanlara XOŞ XƏBƏR - FOTO

Minimum əməkhaqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir. Medianews.az baku.ws-ə istinadla xəbər verir ki, belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əməkhaqlarında artımların olub-olmayacağıdır. Millət vəkili Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqı həm dövlət, həm özəl sektorda çalışan vətəndaşların məvaciblərinin yeni minimum əməkhaqqı səviyyəsinədək artırılmasını nəzərdə tutsa da, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşların maaşlarında da artımlar olacaq: "Çünki minimum əməkhaqqı məbləği vahid tarif cədvəlində maaş alan vətəndaşlarımızın əməkhaqlarına da təsir göstərir. Hazırda 19 pillə üzrə vahid tarif cədvəli ilə dövlət məsrəfində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın dörd pillə üzrə maaşları 400 manatdan azdır. Yəni həmin vətəndaşlarımızın maaşları minimum əmək haqqı səviyyəsinə çatdırılacaq. Eyni zamanda bu digər pillələr üzrə artımlarla müşahidə olunacaq. Məhz Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əməkhaqqı artımları ilə bağlı qərarın verilməsi və vahid tarif cədvəlinə uyğun dövlət müəssisələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əməkhaqlarının artırılacağı həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, minimum əməkhaqqının artırılması təxminən 700 min vətəndaşımızın əməkhaqlarında artımlarla müşahidə olunacaq".

Bizə qoşulun