"Qızıl top" mükafatının sahibi Usman Dembele və "Qızıl Buts" mükafatının qalibi Kilian Mbappe 2025-ci ilin rəmzi komandasına daxil olublar.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) mətbuat xidməti məlumat yayıb.
Dünyanın müxtəlif yerlərindən olan futbolçuların səsverməsi ilə seçilən 2025-ci ilin rəmzi komandasına aşağıdakı oyunçular daxil edilib:
Qapıçı - Canluici Donnarumma ("Mançester Siti", İngiltərə);
Müdafiəçilər: Əşrəf Hakimi, Nuno Mendeş (hər ikisi PSJ, Fransa), Vircil van Dayk ("Liverpul", İngiltərə);
Yarımmüdafiəçilər: Kol Palmer ("Çelsi", İngiltərə), Cud Bellinqem ("Real Madrid", İspaniya), Pedri ("Barselona", İspaniya), Vitinya (PSJ);
Hücumçular: Dembele (PSJ), Mbappe ("Real Madrid", İspaniya) və Lamin Yamal ("Barselona", İspaniya).