Medianews.az
Süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda<span style=color:red> dəyişikliklər təsdiqləndi
124 baxış

Süni torpaq sahələri ilə bağlı bəzi qanunlarda dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” 7 may 2024-cü tarixli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib. “Qafqazinfo” xəbər verir ki, dəyişikliklər Torpaq Məcəlləsini, “Torpaq icarəsi haqqında” və “Torpaq bazarı haqqında” qanunları əhatə edib. Dəyişikliklərə görə, Xəzərin Azərbaycana aid hissəsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsinin xüsusiyyətləri, həmin torpaq sahələri üzərində hüquqların yaranması ilə bağlı münasibətlər “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunla tənzimlənir.

Bizə qoşulun