27.12.2024, 07:54
143 baxış
Lamiyə
Saqqızın orqanizmə 6 faydası: Alimlər sübut ETDİ
Uzun illərdir ki, saqqızın tüpürcək istehsalını artırdığı və ağızdakı zərərli bakteriyaları məhv etdiyi məlumdur. Lakin alimlər saqqız çeynəməyin faydalarının təkcə bunlarla məhdudlaşmadığını bildirirlər.
Medianews.az “NTV”yə istinadən saqqız çeynəməyin sübut edilmiş 6 faydasını təqdim edirik:
2013-cü ildə “International Journal of Gastroenterology”da dərc edilən bir araşdırma saqqızın həzm sisteminə təsirini araşdırıb. İştirakçılara yeməkdən əvvəl və sonra saqqız çeynəmək tövsiyə olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, saqqız tüpürcək istehsalını artıraraq həzmi sürətləndirir.
2011-ci ildə St.Lourens Universitetinin bir qrup tədqiqatçısı saqqız çeynəməyin zehni fəaliyyətə təsirini araşdırıb. “Appetite” jurnalında dərc edilən bu araşdırma, saqqız çeynəmənin iştirakçıların, xüsusən diqqət tələb edən işlərdə performansını yaxşılaşdırdığını ortaya qoyub.
Harvard Universiteti və Amerika Diş Həkimləri Assosiasiyası tərəfindən aparılan araşdırmada şəkərsiz saqqızın diş sağlamlığına təsiri təhlil edilib. Tədqiqat, şəkərsiz saqqızın diş sağlamlığını yaxşılaşdırdığını və tüpürcək istehsalını artıraraq lövhə meydana gəlməsini azaltdığını aşkar edib.
“Neurobiology of Stress” jurnalında dərc edilən başqa bir araşdırmada saqqız çeynəmənin ürək döyüntüsünü və qan təzyiqini aşağı salmaqla sakitləşməyə kömək etdiyi müəyyən edilib. Saqqız çeynəməyin stresli vəziyyətlərin öhdəsindən gəlməkdə emosional rahatlama təmin etdiyi də müşahidə edilmişdir.
2009-cu ildə aparılan bir araşdırma, saqqız çeynəmənin ləzzətli yeməklərə olan həvəsi azaldır və bununla da kalori qəbulunu məhdudlaşdırdığını göstərib.
“Nicotine & Tobacco Research” jurnalında dərc edilən başqa bir araşdırmada, siqaret çəkənlərə nikotinli saqqız əvəzinə adi saqqız çeynəmə vərdişinin verilməsinin siqaret çəkmə istəyini azaltdığı və siqareti buraxan insanların müvəffəqiyyət nisbətini artırdığı müəyyən edilmişdir.