Medianews.az
Alla Puqaçovanı kim öldürmək istəyib?
128 baxış

Alla Puqaçovanı kim öldürmək istəyib?

Rusiyanın Xalq artisti Alla Puqaçova və həmkarı Maşa Rasputinanın öldürülməsi planlaşdırılıbmış. Medianews.az olay.az-a istinadla bildirir ki, həmin hadisə 90-cı illərə təsadüf edibmiş. Bu barədə iş adamı Qennadi Snustikov "Pust qovoryat" (Qoy danışsınlar) verilişinin son buraxılışında danışıb. Şou-biznesin "xaç atası" adlandırılan Snustikov quldurların müğənnilərə "ciddi adamlara" sifariş verdiyini açıqlayıb. Lakin onun müdaxiləsi sayəsində ikiqat faciənin qarşısı alınıb. "Mən müdaxilə edib cavab verməli oldum: "Xeyr, bu baş verməyəcək", - deyə Gennadi proqramda bildirib. Rasputinanı və Puqaçovanı hansı səbəbdən öldürmək istədiklərini Snustikov ictimaiyyətə açıqlamayıb.

Bizə qoşulun