Medianews.az
Bakıda dəhşət: Yeniyetmə məşqdə boğulub öldü - <span style=color:red>YENİLƏNİB
316 baxış

Bakıda dəhşət: Yeniyetmə məşqdə boğulub öldü - YENİLƏNİB

Bakının Xətai rayonunda idman zalında ölüm hadisəsi baş verib. Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində yerləşən "Hədəf" idman klubunda qeydə alınıb. Belə ki, məşq zamanı yeniyetmə idmançılardan birinin digər idman yoldaşına tətbiq etdiyi fənd digərinin boğulmasına səbəb olub. Əraziyə təcili tibbi yardım çağırılsa da, boğulma təhlükəsi ilə üzləşən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatı araşdırılır.

Məqaləyə dair fotomateriallar:

*** 13 dekabr 23:52 Bakının Xətai rayonunda yerləşən "Hədəf" idman klubunda faciə baş verib. Medianews.az xəbər verir ki, hadisə şahidinin Globalinfo.az-a dediklərinə görə, güləş zamanı 15 yaşlı yeniyetmə idmançılardan biri ehtiyatsızlıqdan digərini boğaraq öldürüb. Hadisənin qəsdən törədilmədiyi bildirilir. Hələ ki təfərrüat açıqlanmır. /?564

Bizə qoşulun