Medianews.az
Kartofun inanılmaz faydası
79 baxış

Kartofun inanılmaz faydası

"Kartofda C vitamininin gündəlik dəyərinin 30 faizi var" Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu mütəxəssis  Dmitri Kulikov deyib. Onun sözlərinə görə, kök tərəvəzdə həmçinin zülal sintezi və kalsiumun udulması üçün lazım olan B, K vitamini, ürək üçün vacib olan dəmir və kalium var. Bundan əlavə, kartof nuklein və amin turşuları, təbii şəkərlərlə zəngindir. Bu məhsulu istehlak etdikdə performans və dözümlülük artır. Tərkibindəki A, B və C vitaminləri kollagen istehsalına müsbət təsir göstərir və nəticədə qocalma prosesini ləngidir. Vitamin E dərialtı toxumalara oksigeni çatdırmağa kömək edir. Alim maskaların, kompreslərin və ya kartof suyu ilə sürtmənin dərinin vəziyyətinə müsbət təsir etdiyini də qeyd edib. Təzə kartof suyu sidikqovucu, yara sağaldıcı və antianginal təsirə malikdir, həmçinin bədəndən toksinlərin çıxarılmasına kömək edir. Mədə-bağırsaq traktına, qaraciyərə, endokrin sistemə faydalı təsir göstərir, qan təzyiqini aşağı salır, şişkinliyi aradan qaldırır, maddələr mübadiləsini sürətləndirir və immunitet sistemini gücləndirir. Kartofun faydalı xüsusiyyətlərini qorumaq üçün onları düzgün bişirmək vacibdir. Alim diqqətə çatdırıb ki, faydalı xüsusiyyətlərin əksəriyyəti bişmə zamanı qorunub saxlanılır.

Bizə qoşulun