“Gözlərimi yumdum və ”əbədi istirahətə" çəkildim. Yol kənarındakı xəndəyə uzandım. Yoldan keçən bir adam dayandı, böyrümə bir-iki təpik vurdu, məndə bir hərəkət görmədikdə üst-başımı töküşdürdü. Ciblərimi eşələyəndə qıdığım gəldi, amma ölü olduğuma görə səsimi çıxarmadım. O, ciblərimdə pul tapmadı. Saat, üzük, alışqan, avtomat qələm kimi şeylər də görmədikdə üzümə tüpürdü"
(Əziz Nesin, “Taxtalıköydən məktublar”)
Dövlət başçısı Nazirlər Kabinetini yığıb bildirdi ki, ölkədə rüşvətxorluq, korrupsiya, dərəbəylik, lazımsız lisenziya tələbləri, sahibkarlara “haqq” qoyulması halları vardır. Əgər bunlar olmasaydı iqtisadiyyatımız inkişaf edərdi. Dövlət büdcəsində çoxlu pul olardı. Sonda “artıq buna hövsələm yoxdur” söylədi.
Mən bu çıxışın üstündən heç bir sutka keçməmiş iqtisadiyyat üzrə 2015-ci ilin Nobel ödülünün verilməsi xəbərini oxudum. Ödülü şotlandiyalı iqtisadçı alim Enqus Diton “İstehlak, yoxsulluq və yaxşı yaşayışın analizi”nə görə almışdır. Loru dildə yazsam, Diton hazırda dünyada kasıbların çoxalması, özlərinə yemək-içmək istəməsi və varlı təbəqənin buna münasibətini analiz eləmişdir. Alim deyir ki, gərək varlılar yoxsullara çörək versinlər, super varlılarla cındırından cin ürkən xalqlar arasında ziddiyyət dərinləşməsin, yoxsa müharibələrin arası kəsilməyəcəkdir.
Vallah, mən hesab edirəm Nobel komitəsinin başı xarab olubdur. Belə boş-boş şeylərə görə 1 milyon dollara yaxın mükafat pulunu hayıf eləyiblər. Ditonun “kəşfi” nəinki iqtisadi qanunlara uyğundur, üstəlik, kökündən yanlışdır. Bu haqda az sonra.
İndilik isə qeyd edim ki, hər “patok”dakı 75 uşaqdan imtahan sessiyası zamanı 750 manat pul, iki qoyun, 3 “Mercedes” təkəri, bağ evi üçün cakkuzi, Bodruma 4 nəfərlik bilet, “Şirin xəyallar” restoranında yemək kuponu və sairə maddi-mənəvi dəyərlər çıxarmağı bacaran “Narxoz”un müəllimi iqtisadiyyat üzrə Nobeli almağa daha çox haqq edirdi. Bəs necə, bizim alimlər Adam Smiti universitetdən qovardılar. Keynsi kursda saxlayardılar.
Şotland alimin dırnaqarası “kəşfinə” gələndə (dırnaqarası-nı həm də sözlə yazdım ki, hörmətli oxucular necə yanıb-töküldüyümü əyani görsünlər; o 1 milyon dollarla nə qədər jurnalistə “Tərəqqi” medalı vermək olardı, Allah evinizi yıxsın!), bunun yalan-palan olması göz qabağındadır. Bizim gözümüzün qabağında. İzah edim.
Bax, Azərbaycanda super varlılar bir ovuc adamdır. Nazirlər, icra başçıları, deputatlar, generallar, prokurorlar və sairə. Xalqın yerdə qalan 95 faizi qəpiyə güllə atır. Dövlət başçısının iclasda dediyi kimi, rüşvətxorluqdan cana doyublar. Amma bu insanlar qətiyyən etiraz eləmir, hətta həyatlarından razılıq bildirirlər. Harda kamera, mikrofon görsələr minnətdarlıq edirlər, eramızdan öncə 93-cü ilin hadisələrini söyürlər. “Bunlar yeyib doyub, başqası gəlsə lap ac olacaq, çalıb-çapacaq, elə qoy yüz il bu yapistlər hakimiyyətdə qalsın, biz də yavan çörəyimizi gəvələyək” deyirlər. İndi oğul istəyirəm bax bu “Bunlar yeyib doyub” iqtisadi düsturunun kasıblara təsirini analiz eləsin, Nobel alsın. Yoxsa Ditonun yazdığı şotland xalq nağılıdır.
Ümumiyyətlə, kişiləri arvad yubkası geyən millətin iqtisadiyyat anlayışı da elə bu cür olar. Qurban olsunlar qayırdıqları viskiyə, yoxsa ağzıma gələni yazardım. (Bizim “Nuşirəvan” yumşaq adamdır, ayrıca götürülmüş müəllifin köşəsini bağlamır. Uzağı bütöv qəzeti reket elan edib deputat olmağa yollanır).
Necə olur ki, dövlət rüşvətxorluq içində batır, amma iqtisadi artım vardır? Naziri işdən çıxarırlar, amma əmrini oxumurlar? Qul bazarında işləyən adam 500 manatlıq telefonu nə cür daşıyır? Gündə 30 min yeni iş yeri açılır, amma camaat ölkədən qaçır? Eyni cümləni mən desəm, polis məni tutur, amma dövlət başçısı deyəndə “proqram çıxışı” olur?
Araşdırmaq istəyən bunları araşdırsın. Nobel verməyə gücümüz çatmasa da canına dua eləyərik.
14.10.2015, 09:46
182 baxış
Zamin Hacı
Heyf o bir milyon dollardan