“Ziyad xan oğlunun yanından çıxıb, bir baş divana gəldi, taxtına çıxıb əmr verdi ki, hər kim mənim oğlumun dərdini bilə, mən onu dünya malından qəni elərəm. Şəhərdə təbib qalmadı gəlməmiş ola, amma heç kim Kərəmin dərdindən bir şey anlaya bilmədi”.
(“Əsli və Kərəm” dastanı)
Avropa Parlamenti Azərbaycan hakimiyyəti qarşısında qəti tələblər qoyub, deyir, siyasi dustaqları buraxmasanız, sizə sanksiya tətbiq edəcəyik, Qərbə buraxmayacağıq.
Yapist yoldaşlar da bu tənqiddən çox hirsləniblər, deyirlər cəhənnəmə sanksiya qoyun, lazım gəlsə biz özümüz sizə embarqo qoyarıq. Hətta deputatxana komissiya müdirlərindən Əli Hüseynli müəllim “Bu sanksiyalar olsa ən çox ziyanı Avropa görəcək” demişdir.
Doğrudan da Avropanın bir sanksiyalıq canı var, əgər Azərbaycan öz embarqosunu çıxarıb qoysa, qoca qitə darmadağın olar (Bu yerdə Lissabon sammiti zamanı, uzaq 1997-ci ildə AzTV-də guruldayan kənd zəhmətkeşlərindən birinin tarixə qızıl hərflərlə yazılan sözləri yada düşdü: “Ermənilər o yan bu yan eləyirdilər, ancaq möhtərəm cənab prezidentimiz vetosunu çıxarıb qoydu stolun üstünə, qaldılar yana-yana”). Təkcə qara kürü hədiyyələri, neft dollarları deyil, Qərbin Azərbaycandan asılılığı çox böyükdür.
Misal üçün, Almaniya kansleri Angela Merkelin iş avtomobilinin Naxçıvan Avtomobil Zavodunda yığılan “Naz-Lifan” olduğunu bilirdinizmi? Bilmirdinizsə, öyrənin. Biz paxıl deyilik.
Yaxud, qabaqlar bizim şeyx qulunc olanda, ya da hansısa yaltaq şairə böyrək köçürmək lazım gələndə qaçırdıq Almaniyanın, Amerikanın siçovullar oynaşan kir-pasaqlı ambulatoriyalarına. İndi vəziyyət nəinki 180 dərəcə, hətta 360 dərəcə, bəzi hallarda Farengeyt üzrə 451 dərəcə dəyişibdir! Hazırda Qərbdə kimsə xəstələnəndə həkimlər baxıb başını bulayır, deyirlər: “Ooo, mister (ya da miss - vəziyyətə baxır - Z.H.), bunu tez götürün, Bakıya qaçın. Bu xəstəliyin çarəsi dünyada ancaq Bakı şəhərindədir”. Keçən il Barak Obama kor bağırsağını “Semaşko”da kəsdirdi. Roma papası Benedikti Ağdaş Diaqnostika Mərkəzində dializə qoşulan yerdə görüblər. Fransua Olland nəvəsini “Respublikanski”də sünnət etdiribdir. Bunlar hamısı səhiyyəmizin yüksək inkişafından xəbər verir.
Britaniya lordlarının uşaqları BDU-nun “yurfak”ında oxumaq üçün sino gedirlər. Hər yay milyonlarla avropalı turist Nabranın lacivərd çimərliklərinə kəhrəba inək təzəyinə uzanmaq, Lənkəran çayı içmək, Şamaxı şoru yaxmacı, Qaxın “Kəlləpaça” restoranında dünya ləzzəti sürhüllü yemək üçün Azərbaycana axışırlar. Biz embarqo qoysaq, onlar üçün çətin olacaqdır.
Ekspertlər, QHT sektorunda nüvə partlayışından sonra salamat qalmış bəzi tarakanlar isə deyir ki, bizim iqtidarla təzyiq dilində danışmaq olmaz, bu sanksiya hədəsi ilə siyasi dustaqları azad etdirmək mümkün deyil. Pişim-pişim eləmək lazım imiş. Hərçənd, avropalılar azı 22 ildir, Avropa Şurasına dal qapıdan dürtülməyimizdən keçən 15 ildə də çox yalvar-yapış eləyiblər, min dənə artistliyə, yumşaq diplomatlığa-zada baş vurublar - bəyəm bunların bir xeyri olubdur? Əksinə, yapist yoldaşlar vəziyyəti daha da pisləşdiriblər. Deməli, naz-qozla oynamaq çıxış yolu deyil, daha kəskin üsullara əl atılmalıdır. Elə rejimlər var sadistdir, eləsi var mazoxistdir. Bizimki sadomazoxist sistemdir. Özü işgəncə verir, eyni zamanda qıraqdan da işgəncə olunmasını istəyir. Yoxsa həyatın ləzzətini duymurlar.
Mən sizə proqnoz edim bunun axırı necə olacaq: axırda Azərbaycanın dostluq-yoldaşlıq eləməyə Ermənistandan başqa kimsəsi qalmayacaq. YAP-ın uzaqgörən xarici və daxili siyasəti buna aparır. O zaman biz müharibəni dayandırıb İrəvanda birlikdə mikrorayon tikəcəyik, AzTV-dəki köhnə RAF-ın da təzəsini alıb Teatr meydanına buraxacağıq.
Hər şeyin təzəsi, dostun köhnəsi - necə deyərlər.
12.09.2015, 08:13
207 baxış
Zamin Hacı
Bizim sanksiya daha uzundur