“Azadlığa çatmağın möhürü necə vurulur? Daha özün özündən utanmırsan”.
(Fridrix Nitşe, “Şən elm” kitabı)
Bir-iki gün qabaq sosial şəbəkədəki dostlarımızdan Hüseyn bəy maraqlı bir müşahidəsini yazmışdı: “Məzun günü haçan oldu? Dostlar deməsəydilər bu gün məktəblərdə dərslərin bitdiyini bilməyəcəkdim. Heç şəhərdə uşaqları görmədim”.
Doğrudan da məzun günü çox sönük keçdi, bunun isə hökumətlə bağlı ciddi səbəbləri var idi. Məsələ ondadır ki, Avropa Oyunlarına görə ölkə məktəblərində dərslərin bitməsini müxtəlif günlərə saldılar, süni pərakəndəlik düzəldildi. Elə məktəblər var idi onlarda dərslər artıq 20 maydan bitmişdi. Başqa məktəblərdə “Məzun günü” 25 mayda oldu, bəzilərində isə 29 mayda. Beləcə, parçalanmış məktəblilər orda-burda sakitcə dönər-mönər yeyib evlərinə dağılışdılar.
Prinsipcə, insan həyatında heç bir müsbət rol oynamayan, nəinki gələcəyi, hətta keçmişi təhrif edib pis günə qoyan Azərbaycan məktəbini elə bu cür səs-küysüz bitirmək yaxşı idi. Hansı günə sevinəsən? Bozbaş qazanı arxasından durub sinifə gələn Diləfruz xalanın, qutuya seçki bülleteni soxan Əfruz xalanın mühitindən qurtulmağa görəmi? Yəqin ki. Amma bir dəqiqəlik matəm sükutu da elan eləmək olardı, Təhsil Nazirliyinin, yapistlərin sayəsində elə bu cür alındı. Ölkə oyunlara gedir, nə məktəb, nə məzun?
Ümumiyyətlə, Mikayıl müəllim “Bilik günü”nü də ləğv etsə məsləhətdir. Qoy uşaqların məktəbə getməsi, orda oxuması il boyunca hiss olunmasın. Nəyə lazımdır axı? Manqurt olmaq üçün başa keçirilən qoyun dərisi, bir də məktəb stadionunda günəşli havada 2-3 saat cərgəyə düzülmək məncə bəs eləməlidir. Çingiz Aytmatov sağ olsaydı bir az “tamojna” pulu xərcləyib öyrənərdik, heyf...
Deputatxana müdirinin “Xaricdə çoxlu lazımsız təhsil alanlarımız var” söhbəti də həmin dəftərdəndir. Yeri gəlmişkən, Bakıda bina yananda, 15 adam öləndə həmin deputatxananın orqanı olan “Azərbaycan” qəzeti hadisə haqda yazı vermədi. Qəzetin şefi, deputat Bəxtiyar əkə “Biz sensasiya yazmırıq” demişdi. İndi belə deputatxanadan ayrı nə mövqe gözləmək olar? Hələ sevinməliyik ki, deputatxana xaricdə oxuyan gənclərin həbsi haqda qanun qayırmayır.
Ancaq sizə deyim ki, prinsipcə o qanuna doğru gedirik. Təhsil Nazirliyinin xüsusi siyahılar hazırlaması, “A” universitetində oxuyan gənci tutub əsgərliyə göndərməsi, “B” universitetinə isə toxunmaması elə bu məqsədi güdür. Yoxsa normal, sivil dövlətdə parlament spikerinin nə həddi var kiminsə təhsilinə lazımlı və ya lazımsız damğası vursun? İnsanın təhsil hüququ bütün beynəlxalq insan haqları konvensiyalarında əksini tapmış bir müddəadır, əgər deputatxana spikeri piy basmış ağlını azacıq işlətsə bunu anlamalıdır. İnsanlar hərəkət və təhsil azadlığını özü seçməlidir. Heç kimi “BDU”da oxumağa məcbur etmək olmaz, istəyər gedər Xerson Universitetində oxuyar.
Yox, əgər şanlı, igid və Zakir müəllimin gəlişindən sonra dünyanın canına vicvicə salan, sorağı, nəriltisi kosmosun dərinliyindən gələn ordumuza basmağa gənc tapa bilmirsinizsə, bu başqa məsələ. Etiraf edin ki, ay millət, hamınız əsgərlərin nahaq ölümlərindən qorxub beş-on manat pul tapanda uşağı Ukraynanın, Rusiyanın, Türkiyənin əllinci dərəcəli universitetlərinə oxumağa göndərirsiniz, biz də əsgərliyə uşaq yığmaq planını doldura bilmirik. Bu olar kişi söhbəti. Yoxsa hamının bir-birinə atdığı, kələk gəlməyə çalışdığı ölkədə yaşayırıq, guya bir dəfə düzgün söhbət edilsə nə olar? Ölkə dağılmaz, qorxmayın.
Əsgər ölümlərinə gələndə, son vaxtlar müddətdən artıq xidmət edən əsgərlər (onlara qısaca “MAXE” deyirlər) arasında qeyri-döyüş ölümləri olur. Biz həmişə peşəkar ordu tərəfdarı olmuşuq, bir peşəkar ordu taqımının bir çağırışçı tabordan güclü olduğunu bilirik. Bu MAXE-lər də əslində elə peşəkar orduya keçidin bir növüdür. Adamlar maaşla qulluq edir. Amma indi belə çıxır peşəkar ordu da ölkədəki korrupsiya sisteminə dözmür, onun qurbanına çevrilir.
01.06.2015, 06:24
355 baxış
Zamin Hacı
Məktəblərin sakitcə bağlanması