“Məbəd özü dağın zirvəsindən görünmürdü, ancaq tüstü və uzun alov dilləri gözə dəyirdi. Ağaclar üzərində saysız qığılcımlar üzürdü, adama elə gəlirdi ki, Kinkakudzi ətrafında qızıl tozundan burulğan qalxmışdır”
(Yukio Misima, “Qızıl məbəd” romanı)
Yanan binanın bizə bir xeyri oldu ki, onun külünü eşələyib içindən təzə bir deputat tapdıq. Bu tapıntının adı Ağalar Vəliyevdir. Məşədi İbadın sözü olmasın, mən “Tarixi-Mətbuat-Şureyi-Amaşov”u yarıya qədər oxumuşam, ilk dəfədir belə deputatın ərazilərimizdə dolaşdığını görürdüm. Doğrudur, deputatın ov arealı haqda məlumatı hələ əldə edə bilməmişik, hansı dairənin, hansı yetimlərin deputatıdır, bunlar elmə məlum deyildir, ancaq hər halda, bunun özü böyük irəliləyişdir.
Ağalar müəllimin hansısa tikinti briqadası vardır, qanun qayırmaqdan asudə vaxtlarında hamam-tualet remontu ilə də məşqulat edirmiş, böyük təcrübəsinə görə Penoplast prospektində yanan binanın təmirini də ona tapşırıblar. Buna görə Binəqədi rayon zəhmətkeşləri, həmçinin rayon ərazisində məskunlaşmış Şuşa və Laçın qaçqınları adından Ağalar müəllimə dərin minnətdarlığımızı bildiririk. Xüsusi səbəbi yoxdur, sadəcə, bir az yiyəsiz minnətdarlığımız əlimizdə qalmışdı, dedik elə ona hədiyyə edək. Çünki yanan binanın deputatı Rafael Cabrayılova baxanda bu, xeyli tanınmış insandır. Cabrayılovu hərdənbir, seçkidə-zadda televizora çıxardıb söyüş söydürürlər, sonra qış yuxusuna gedir. Nə isə, belə xırda mövzular bizlik deyil.
Sözümün canı odur ki, hər pis işdə bir xeyir də var. Bir üzümüz güləndə, o biri üzümüz ağlamalıdır. Sağ əlin aldığı rüşvəti sol cibə qoymazlar. Əgər Penoplast prospektində o bina yanmasaydı, baş nazirin müavini və faciə komissiyasının sədri Abid Şərifov jurnalistlərə “Alabala” deməsəydi, biz Mətbuat Şurasının sədri hörmətli Amaşovun epistolyar janrda böyük ustalığından xəbər tutardıqmı? Qətiyyən. Dünənki yazımda da buna toxunmuşam, bildiyiniz kimi, Amaşov hadisədən sonra Şərifova açıq məktub yazmışdır, hazırda o məktubu Moskva Dövlət Universitetində Tolstoyun Dostoyevskiyə məktubundan sonrakı dərsdə uşaqlara öyrədirlər. Məktubun uğurlu əks-sədasını görən Əflatun müəllim başqa orqanlara da açıq məktub yazmışdır. Hələlik onlardan birini əldə etmişəm, qalanları da gəlsin, hörmətli oxuculara çatdıracağam. Amaşovun ikinci açıq məktubu yanan binaya yazılmışdır. Məktubda deyilir: “A bina, sən niyə yandın, müstəqilliyimizi niyə gözün götürmür, bizə yazığın gəlmermi, nə üçün analoqu olmayan iqtisadi inkişafımıza ləkə yaxmaq cəhdində bulundun, indi səni təzədən təmir eləyib penoplastla üzləsək, divarların hirsindən çatlasınmı? Halbuki müstəqilliyimiz üzərində qara buludlar uçarkən möhtərəm prezidentimiz respublikanı xilas etmişdir, bu ülvi arzuya bütün üzsüz binaların üzlü sakinləri qoşulurlar!” Məktub uzundur, qalsın başqa vaxta.
Başqa bir müsbət hadisə odur ki, Avropa Oyunlarının məşəlini müğənni, səhnəmizin primadonnası, ellər anası, Tomris və Natəvan irsinin layiqli davamçısı, Nazpəri xanımın ilhamvericisi İlhamə xanım daşıyacaqdır. Deyilənə görə, məşəl son açılış günündə, baş stadionda havadan, helikopterlə mələk donunda enən İlhamə xanımın əlində olacaqdır. Təxminən Evrovizqon-un açılışında Emin müəllimin səhnəyə enməsi kimi bir şey planlaşdırılır. Ey Afina Pallada, vur məni qəlbimdən alovsaçan oxlarınla! Ya da nizənlə qarnımı deş, qoy oxları dədən Zevs atsın!
Sonda hamınızı 28 May Respublika Günü münasibətiylə təbrik edirəm. O respublikanı quranların bircəciyinin də qəbri hazırda Azərbaycan ərazisində deyil. Elə təkcə bu fakt respublikamızın parlaq keçmişindən və gələcəyindən xəbər verir.
28.05.2015, 07:36
271 baxış
Zamin Hacı
Kül deputatı