Medianews.az
Ticarətçilər Bakı metropoliteninə hücum edib - VİDEO
614 baxış

Ticarətçilər Bakı metropoliteninə hücum edib - VİDEO

metro izdiham   Bakı metrosunda ticarətlə məşğul olan sakinlər obyektlərinin sökülməsinə etiraz ediblər.  Hazırda Metronun Elmlər Akademiyası stansiyasına ticarətçilər hücum edib. Onlar öz ticarət obyektlərinin əllərindən alınması ilə bağlı etiraz edirlər. Gənclik metrosundan Əzizbəyova qədər olan bütün stansiyalarda ticarət obyektlərinin sökülməsi ilə bağlı göstəriş verilib. Ticarətçilər aylıq 900 manata qədər kirayə haqqını ödədiklərini və yanvar ayından 1500 manat tikinti üçün pul verdiklərini deyiblər. Lakin indi onların ticarət obyektləri əllərindən alınır. Buna etiraz olaraq onlar Elmlər Akademiyası metrosunda toplaşıblar. Elmlər Akademiyası metrosu hal-hazırda polis nəzarətinə götürülüb. "Qafqazinfo" xəbər verir ki, metro keçidlərində yerləşən ticarət mərkəzləri uzun illərdir ki, fəaliyyət göstərir. Bu ticarət obyektlərinin sahibi Metropolitenin bir neçə həftə əvvəl vəzifəsindən azad olunan Tağı Əhmədovdur. Keçidlərdəki köşklər, oradan yığılan böyük məbləğlərdə kirayə haqları ilə bağlı mətbuatda xeyli yazı dərc olunub və qeyd olunurdu ki, həmin vəsaitlər birbaşa Tağı Əhmədovun gəlirləri sırasına daxildir. İndi isə görünür ki, Metropolitenin yeni rəhbərliyi yeraltı dünyanı öz nəzarətinə götürmək, yaxud da uzun illərdən bəri mövcud olan bu bazarları ləğv etmək, qayda-qanun, səliqə-sahman yaratmaq istəyindədir. Hər halda sədrin niyyətinin nədən ibarət olduğu yaxın günlərdə məlum olacaq. xeberdar.az

Video islamazeri.az saytına məxsusdur

http://youtu.be/BFf0U1xXX_o http://youtu.be/N2C7AWhVv-k

Bizə qoşulun