Əməkdar jurnalist İlqar Əlfioğlu bəyanatla çıxış edib. Medianews.az-ın məlumatına görə, İ.Əlfioğlu bəyanatını kimi sosial mediada şəxsi bəyanatı kimi ictimaiyyətin diqqətinə çatdırıb.

Bəyanatda deyilir:
“Həmvətənlərim, son günlər Qərbi Azərbayan icması, onun televiziyası adından, ümumi düşmənlərimizin, dərisi bir qara quruşa dəyməyən, beyinsiz, saxta vətənpərvər qılafına girmiş ünsürlərin məsuliyyətsiz çıxışlarından sui-istifadə edib, aramızda munaqişə yaratmaq cəhdlərini görürəm və bu, cəmiyyətimizin çox fəal üzvu kimi, məni müstəsna dərəcədə narahat edir, çünki hardan çıxmalarından asılı olmayaraq, azərbaycanlıların hamısı mənimdir.
Vəziyyət göstərir ki, bizim çoxumuzdan fərqli olaraq, düşmən oyaqdır, qanımız bahasına qazandıqlarımızı gözü götürmür və əlində olan bütün vasitələrlə qələbəmizi burnumuzdan gətirməyə çalışır.
- Buna görə, tələb edirəm ki, adından saxta təbriklər, bəyanatlar, xəbərlər yayılan Qərbi Azərbaycan icmasınin etiraz səsi lap ucadan çıxsın.
- Hökümətdən tələb edirəm ki, təfriqəçilərin yaramaz əməllərindən yaranmış xoşagəlməz vəziyyəti aradan qaldırmaq üçün daha qətiyyətli addımlar atsın, çünki xalqımızın ümumi mənafeyinin bu gün məhz buna ehtiyacı var, düşmənin, aramızda oynayan qara barmaqlarını, murdar əllərini dibindən kəsmək zəruridir.
- Hökümətimizdən tələb edirəm ki, həm zəruri köçkünlərin, həm də əhalimizin qalan hissələrinin ən zəruri problemlərilə daha sıx və qəti məşğul olsun ki, normal yaşamağa imkan verməyən aktual dərdlərin gündəlik sistemli həllini camaatimız da görsün.
- Xalqımızdan acizanə xahiş edirəm ki, müdrik olduğunu bir an da unutmasın. Hər kəs ətrafında aparılan təfriqəçi söhbətlərə qarşı kəsərli mövqeyini ortaya qoysun, kiminsə, nəyinsə xətrinə, gündəlik problemlərə, həyatın həqiqətən ağır şərtlərinə, dolanışıq çətinliyinə, rastlaşdığınız ədalətsizliklərə görə susmağa üstünluk verməsin, çünki qanan, həmişə qanmaza borcludur, onu qandırmalıdır.
Bizi dəstə-dəstə ayırmağa, o dəstələr arasında təfriqə toxumu səpməyə çalışanlar var. Çox təhlükəli hadisələrin astanasında olduğumuzü hamılıqla dərk edək, qoymayaq ki, kimsə anlamazlığından, mənə nə var deyib, yaxasını qırağa çəksin. İlk növbədə, bütün nailiyyətlərimizin səbəbi olan birliyimizi, əlimizdə olan vasitələrin hamısıyla qorumalıyıq ki, gələcəkdə indiki çətin yaşamımızı bələ cənnət kimi xatırlayası olmayaq...”
Toğrul Əli,
Medianews.az