Əməkdar artist Nigar Şabanova səmimi etirafı ilə diqqət çəkib.
Xanəndə efirdə ailəsi ilə bağlı duyğusal məqamları bölüşüb. O bildirib ki, doğma əmisi övladlarını bu günə qədər heç vaxt görməyib.
Sənətçinin sözlərinə görə, əmisi illər əvvəl Rusiyaya köçərək orada yaşayıb:
"Mən dünyaya yeni gələndə mərhum əmim Rusiyaya köçüb və orada yaşayıb. Əmim qızları hazırda Rusiyada yaşayırlar. Anam deyir ki, əmimin qızlarından biri həkim işləyir. Məndən yaşca böyükdürlər, hər ikisi ailəlidir".
Xanəndə əlavə edib ki, onların qohum olduqlarına bəzən inanılmır:
"Rusiyada deyəndə ki, mənimlə qohumdurlar, inanan olmur. Deyiblər ki, efirdən bu barədə müraciət etsən, daha yaxşı olar".
Sənətçi çıxışı zamanı kövrəlib və doğmalarına olan həsrətini gizlədə bilməyib:
"Onların yanımda olmalarını istəyirəm, yerləri görünür, əskiklərini hiss edirəm".
Qeyd edək ki, Nigar Şabanovanın bu duyğusal açıqlaması sosial şəbəkələrdə də izləyiciləri kövrəldib və geniş müzakirələrə səbəb olub./milli.az/