Medianews.az
Bu şəxslər işdən çıxarıla bilər
88 baxış

Bu şəxslər işdən çıxarıla bilər

Əmək Məcəlləsinə əsasən, işəgötürən müəyyən hallarda işçini müvəqqəti olaraq işdən kənar edə bilər. Bu addım həm mülkiyyətçinin, həm də digər işçilərin mənafeyini qorumaq, əməyin mühafizəsi qaydalarının pozulmasının və intizamın pozulmasının qarşısını almaq məqsədi daşıyır.

Metbuat.az-ın məlumatına görə, işəgötürən aşağıdakı hallarda işçini işdən kənar edə bilər:

İşçi alkoqollu içkilər, narkotik və ya psixotrop maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə və ya iş zamanı bu maddələri qəbul etdikdə;

İşçi icbari tibbi müayinədən imtina etdikdə və ya həkim komissiyasının tövsiyələrini yerinə yetirmədikdə;

İşçi iş vaxtı ərzində iş yerində inzibati xətalar və ya cinayət tərkibli əməllər törətdikdə;

İnsan immunçatışmazlığı virusu (HİV) ilə yaşayan şəxslər üçün işləməsi qadağan olunan vəzifələrdə çalışan işçi məcburi tibbi müayinədən imtina etdikdə.

Qeyd edək ki, işdən kənar edilmə faktı rəsmi sənədlərlə - həkim rəyi, izahatlar və arayışlarla təsdiqlənməlidir. Bu müddət ərzində işçiyə əməkhaqqı ödənilmir. Lakin üzrlü səbəbdən tibbi müayinədən keçməyən işçilərə boşdayanma qaydasında əməkhaqqı ödənilməsi nəzərdə tutulur.

Əlavə edək ki, işçi işdən kənar edilməsini qanunsuz və əsassız hesab edərsə, hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilər.

Bizə qoşulun