Medianews.az
Yenilənmiş Fələstin siyahısı
655 baxış

Yenilənmiş Fələstin siyahısı

Yenilənmiş siyahıya görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) 193 üzvünün 157-si Fələstini müstəqil dövlət kimi tanıyır.

Medianews.az bildirir ki, BMT-nin 193 üzvündən 36-sı – İsrail, ABŞ, Panama, Kamerun, Eritreya, Finlandiya, Niderland, Danimarka, Almaniya, Belçika, İsveçrə, Avstriya, Lixtenşteyn, İtaliya, Xorvatiya, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Litva, Moldova, Myanma, Sinqapur, Fici, Kiribati, Marşal adaları, Mikroneziya, Nauru, Palau, Samoa, Solomon adaları, Tonqa, Tuvalu, Yeni Zelandiya, Cənubi Koreya, Yaponiya bu addımı atmayıb.

BMT üzvü olmayan Vatikan və Qərbi Saxara Fələstinin müstəqilliyini tanıyanlar, Kosovo, Tayvan və Malta ordeni tanımayanlar cərgəsindədir.

1947-ci ildə Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulması barədə BMT qətnaməsi çıxarılıb. 1948-ci ildə yaradılan İsrail 1949-cu ildə BMT-yə qəbul edilib. Fələstin 1988-ci ildə müstəqil dövlət elan olunub, 2012-ci ildə BMT-də müşahidəçi statusu alıb.

BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi, o cümlədən paytaxt kimi nəzərdə tutulmuş Şərqi Qüds (Yerusəlim) İsrailin işğalındadır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun