Medianews.az
Tramp niyə görüş yeri kimi bu şəhəri seçib? -
508 baxış

Tramp niyə görüş yeri kimi bu şəhəri seçib? - AÇIQLAMA

“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş yeri kimi Macarıstan paytaxtı Budapeşti seçməklə Qərb ölkələri arasında Ukrayna müharibəsində baxışda fikir ayrılığını dərinləşdirmək istəyir”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a abelə deyib.

O bildirib ki, Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir: “Üstəlik, Budapeşt görüşündə Avropa liderlərinin iştirak etməməsi Brüsseli narahat edir.

Putin sülhdə maraqlı deyil. O, Donbası tələb edir. Rusiya 4 il ərzində Donbası tam işğal edə bilməyib. Kiyev Donbasın bir hissəsini nəzarətdə saxlayır və həmin hissəni Rusiyaya verməyəcək. Kiyev indiki şərtlər altında atəşkəsə razıdır. Ukraynanın eyni zamanda itirdiyi əraziləri geri qaytarması çətindir. Putin vaxt udmağa çalışır. İstəyir ki, Kiyev və Brüssel Ukrayna ərazisinin işğalını qəbul etsin. Kiyev və Brüssel buna razı deyillər”.

E.Şahinoğlu qeyd edib ki, Donald Trampın məqsədi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır: “Münaqişənin həlli onu düşündürmür, çünki bu, mürəkkəb məsələdir. Atəşkəs əldə olunmasa, Ağ ev Avropa üzərində Ukraynaya hərbi texnika satmaqda davam edəcək”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun