Medianews.az
Səhərlər bu vərdişə diqqət:
372 baxış

Səhərlər bu vərdişə diqqət: Beyin oyanmaqdan imtina edir

İnsanlar eyni zəng (alarm) səsinə alışdıqca beyin həmin səsi görməzliyə vurur və oyana bilməmə halları artır.

Medianews.az xəbər ki, bu barədə Akdeniz Universiteti Tibb Fakültəsinin Psixiatriya kafedrasının müdiri dosent Dr. Əli Ərdoğan xəbərdarlıq edib.

O bildirib ki, zəng çalır, amma beyin reaksiya vermir: “Bu, monotonlaşan stimula qarşı beynin həssaslığını itirməsi ilə bağlıdır".

Monotonluq ruh sağlamlığına zərər verir

Dosent Ərdoğan gündəlik həyatın rutindən ibarət olduğunu, lakin davamlı təkrarın psixoloji gərginlik yarada biləcəyini bildirib. Onun sözlərinə görə, sadəcə dərs, iş və ev rutinləri ilə yaşamaq kifayət deyil.

“Kiçik dəyişikliklər etmək – məsələn, zəng səsini dəyişmək belə – ruh sağlamlığımız üçün faydalı ola bilər”, – deyə o vurğulayıb.

Təbiət və sosial əlaqələr vacibdir

Əli Ərdoğan, təbiətlə təmas və sosial fəaliyyətlərin insan psixologiyasına müsbət təsir etdiyini qeyd edib:

"Dostlarla vaxt keçirmək, təbiət gəzintiləri və fərqli fəaliyyətlər insanın daxili enerjisini yeniləyir”.

Uşaqlar üçün də balans vacibdir

Yeni tədris ili ərəfəsində uşaqların yalnız dərsə fokuslanmaması lazım olduğunu deyən Ə.Ərdoğan, onların oyun və sosial ünsiyyətlə də məşğul olmasının əhəmiyyətini vurğulayıb:

"Təkcə dərs və məktəb uşağın inkişafı üçün yetərli deyil. Eynilə böyüklərdə olduğu kimi, davamlı eyni rutinlər onlarda da psixoloji yüklənməyə səbəb ola bilər”.

Nəticə olaraq, dosent Dr. Əli Ərdoğan bildirir ki, həyatdakı sadə dəyişikliklər belə ruh sağlamlığını qorumağa kömək edir. Monotonluqdan çıxmaq üçün kiçik, lakin davamlı addımlar atmaq vacibdir.

Medianews.az

Bizə qoşulun