Medianews.az
Sabah Bakıda sentyabrın ən isti günüdür -
1,409 baxış

Sabah Bakıda sentyabrın ən isti günüdür - EKSKLÜZİV

Dəqiq proqnozları ilə diqqət çəkən “Weather_man_aze” qrupu Medianews.az-a növbəti hava proqnozunu təqdim edib.

Proqnozda bildirilir ki, sentyabrın 3-də ölkə ərazisində hava kifayət qədər isti keçəcək.

Bakıda və Abşeronda temperatur 37 dərəcəyə çatacaq.

Bu, Bakıda sentyabrın ən isti günlərindən sonuncu gün olacaq.

Ayın 4-dən temperatur enəcək.

Ümumilikdə ölkə ərazisində enmə ayın 5-dən başlanacaq.

Toğrul Əli,
Medianews.az 

Bizə qoşulun