Medianews.az
Putin test edir - NATO çökə bilər –
697 baxış

Putin test edir - NATO çökə bilər – Politoloq

Bu gecə Polşanın hava məkanı Rusiya dronları tərəfindən dəfələrlə pozulub.

Ukraynada total müharibə başlanandan bəri ilk dəfə olaraq NATO ölkəsi Rusiya hava vasitələrinə qarşı silah tətbiq edib. Rusiya dronları Polşa aviasiyası tərəfindən vurulub.

Politoloq Şahin Cəfərli Medianews.az-a deyib ki, baş verənlər və Putin rejiminin azğınlaşması ABŞ başda olmaqla (həm Bayden, həm Tramp dövründə) NATO blokunun acizliyinin birbaşa nəticəsidir: “Avropada böyük bir müharibə getdiyi gerçəyini heç cür qəbul etməyən, öz komfort zonasından çıxmaq istəməyən, nəhəng şər qarşısında bütün bədəlin məzlum və əzabkeş Ukrayna xalqı tərəfindən ödənməsini istəyən gedonist Qərb işğalçını daha da həvəsləndirir.

Putin hazırda NATO müqaviləsinin 5-ci maddəsini test edir. Əgər ABŞ liderliyindəki ittifaq bu maddənin tələblərinə və fəlsəfəsinə uyğun reaksiya ortaya qoymasa, NATO de-fakto çökmüş olacaq”.

Xatırladaq ki, NATO müqaviləsinin 5-ci maddəsinə əsasən, NATO-nun bir üzvünə hücum alyansın bütün üzvlərinə hücum deməkdir.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun