Medianews.az
Pensiya ödənişlərinə 5 milyarddan
513 baxış

Pensiya ödənişlərinə 5 milyarddan çox vəsait yönəldilib

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (467 mln. manat) çox olmaqla 5 mlrd. 326 mln. manat vəsait yönəldilib.

“Qafqazinfo” xəbər verir ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-sentyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 171 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizə qoşulun