Medianews.az
Ortaq ola bilmədiyi kafeyə atəş açdı:
256 baxış

Ortaq ola bilmədiyi kafeyə atəş açdı: 6 nəfər həbs edildi – ANBAAN VİDEO

Türkiyənin Adana bölgəsinin Kozan rayonunda K.C.İ. ortaq olmaq istədiyi kafeyə silahlı hücum edib.

Medianews.az “Haber7”-ə istinadən xəbər ki, hadisə 29 avqustda Tufanpaşa məhəlləsindəki kafedə baş verib

Hadisə nəticəsində o və yanında olan 5 nəfər polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub.

 İddiaya görə, K.C.İ. kafenin sahibi ilə ortaq olmaq məsələsində mübahisə edib. Daha sonra 3-ü azyaşlı olmaqla 5 nəfərlə birlikdə geri qayıdaraq silahla kafeyə atəş açıb. Hadisə anı təhlükəsizlik kameralarına düşüb.

Polis K.C.İ.-ni istifadə etdiyi silahla birlikdə yaxalayıb. Araşdırmalar zamanı hadisədə iştirak edən K.B., M.K. və azyaşlılar M.E.S., H.H.T. və B.Ö. də əməliyyatla saxlanılıb. Sorğudan sonra 6 nəfər məhkəməyə çıxarılaraq həbs edilib.

Medianews.az

Bizə qoşulun